Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?backend

Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir

KONKRET.az erməni mediasına istinadən Akopyanın fikirlərini təqdim edir:

– Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı;

– Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi;

– Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib;

Şuşaya “İsgəndər” atdıqları etirafını da Akopyan etmişdi, sonradan bu təsdiqini tapdı. İndi Qazaxın kəndləri və Kərki ilə bağlı sirləri açır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*