Aktyor “Eşşək” adlı restoran açdı – Sakinlər silahla ayağa qalxdıbackend

Aktyor "Eşşək" adlı restoran açdı - Sakinlər silahla ayağa qalxdı

Rusiyalı aktyor və şoumen Sergey Svetlakov Yekaterinburqdakı özbək diasporunun nümayəndələri ilə qarşıdurmanın təfərrüatlarını açıqlayıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, aktyor şəhərdə “Eşşək” adlı bir restoran açıb. Görünür, Özbəkistanın yerli sakinləri Svetlakovun yaradıcılığını yüksək qiymətləndirməyiblər.

İnsanlar onun restoranına gələrək onu hədələməyə çalışıblar. Məsələn, kişilər şüşəni sındıracaqlarına söz veriblər. Özbəkistanın yerli sakinlərinin şikayəti restoranın adı ilə bağlı olub, qonaqlar bu adın onları təhqir etdiyini düşünüblər.

Lakin Svetlakov onlarla razılaşmayıb və eşşəyin onun üçün xalq qəhrəmanı Xoca Nəsrəddinlə əlaqəli olduğunu vurğulayıb. Daşkəndin mərkəzində ona abidə ucaldılıb.

Danışıqlar yaxşı keçməyib, buna görə Özbəkistandan gələn mühacirlər növbəti dəfə silahla şoumenin restoranına gələrək təhdid etməyə başlayıblar, amma şoumen polisə müraciət etdikdən sonra münaqişə həll olunub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*