Ermənistan parlamentinin sədri Alen Simonyan Bakıya səfər etməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Simonyan bu barədə mayın 6-da jurnalistlərlə söhbətində danışıb.
Ondan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitinə niyə şəxsən gəlmədiyi və videomüraciətlə kifayətləndiyi soruşulub.
Simonyan cavabında bunun səbəbini bilmədiyini deyib.
Bununla belə, Ermənistan parlamentinin sədri bildirib ki, uyğun səbəb və dəvət olarsa, Azərbaycana səfər etməyə hazırdır.
O, azərbaycanlı həmkarından da analoji yanaşma gözlədiyini bildirib:
“Öz həmkarımı İrəvana səfərə dəvət edirəm”, – deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, sülhün əsas göstəricilərindən biri sərhəddə “uşaqların həlak olmaması” və tərəflərin aqressiv siyasi bəyanatlardan qarşılıqlı şəkildə imtina etməsidir.
Natiq Səlim,
KONKRET.az
