Ali Baş Komandan: “Öladlarımız əlbəyaxa döyüşdə düşməni məhv etdi, bayrağımızı Şuşada qaldırdı”backend

Ali Baş Komandan: "Öladlarımız əlbəyaxa döyüşdə düşməni məhv etdi, bayrağımızı Şuşada qaldırdı"

“Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı. Düşməni təslim olmağa məcbur etdik”.

KONKRET.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz – qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı”, dövlət başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*