“AliExpress”dən sifariş verənlər DİQQƏT: Ölümcül virus TƏHLÜKƏSİbackend

“AliExpress”dən sifariş verənlər DİQQƏT: Ölümcül virus TƏHLÜKƏSİ

Çində yayılan koronavirus başqa ölkələrə sərnişinlərin yükləri və hətta bağlamalarla, məsələn “AliExpress”dən gətirilən sifarişlərlə gələ bilər.

Rusiya hökuməti artıq bununla bağlı tədbirlərə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” teleqram-kanalı xəbər yayıb. Bildirilir ki, poçtla işləyən, sərnişinlərin yükləri və insanlarla təmasda olan gömrük işçilərinə tibbi maskalar və əlcəklər təqdim olunub. İşçilərə Cənub Şərqi Asiyadan olan yüklərlə xüsusi ehtiyatla davranmaq göstərişi verilib.

“Aeroportlarda sərnişinlərin yüklərini yoxlayan gömrük işçiləri ancaq xüsusi geyimdə, tibbi maskada və əlcəkdə işləyirlər, dezinfeksiyaedici maddələrdən istifadə edirlər”, – deyə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri məlumatı təsdiqləyiblər.

Onların sözlərinə görə, beynəlxalq poçt şöbələrində işləyən müfəttişlərə yanvarın 22-dən etibarən bağlamalarla yalnız qoruyucu vasitələrdə təmasda olmaq göstərişi verilib.

bax.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*