Koronavirusun “Omikron” ştamına yoluxan şəxs bir neçə saat ərzində infeksiyanı yaya bilər.
KONKRET.az bildirir ki, bu barədə “Rossiya 1” telekanalının efirində virusoloq alim Aleksandr Semyonov danışıb.
O bildirib ki, bu işin ən xoşa gəlməz halı odur ki, infeksiyaya yoluxan şəxs virusu üç-dörd gün keçdikdən sonra deyil, bir neçə saatdan sonra artıq yaymağa başlayır.
Semyonov əlavə edib ki, bununla belə “Omikron” bədəndən daha sürətli çıxır – təxminən bir həftə ərzində.
