Alimlər Misir mumiyasının səsini yenidən yaratdılar – FOTOLARbackend

Alimlər Misir mumiyasının səsini yenidən yaratdılar - FOTOLAR

Britaniya Universitetinin əməkdaşları üç min il əvvəl yaşamış Misir kahini Nesyamunun səsini yenidən bərpa ediblər.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər onun qırtlaq və səs tellərini öyrəndikdən sonra səsinin necə olduğunu aydınlaşdıra biliblər. Bunun üçün bir tomoqraf, üç ölçülü skaner3D printerdən istifadə olunub. Mühəndislər 3D printerdə çap olunan üçölçülü boğaz, dil, bağ kahinin digər nitq orqanlarının modelini yaradıblar. Alınan nümunələr süni qırtlaqla birləşdirilib. Bundan sonra alimlər mumiyadan “neh” hecasını tələffüz etməyə müvəffəq olublar. York Universitetinin arxeologiya professoru Joan Fletcher “Təcrübə uzun müddət əvvəl ölən bir nəfərin səsini eşitmək üçün unikal bir fürsət verdi”, – deyə elmi işini şərh edib. Nesyamun XI Ramzesin dövründə, bizim eradan əvvəl 1099 və 1069-cu illər arasında yaşayıb. Bəzi tədqiqatçılar hesab edirlər ki, o, boğulma yolu ilə ölüb, başqalarının versiyasında isə bir həşəratın dişləməsindən sonra allergiya keçirərək dünyasını dəyişib. Mumiya İngiltərədə Leeds şəhərinin muzeyində saxlanılır. Maraqlıdır ki, Nesyamunun sarkofaqında yazılıb ki, o, yaxşı ömür sürüb və tanrılardan səsinin qaytarılmasını xahiş edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*