Alimlər pandemiyanın kəskin mərhələsinin yaxında bitəcəyini proqnozlaşdırdıbackend

Alimlər pandemiyanın kəskin mərhələsinin yaxında bitəcəyini proqnozlaşdırdı

Koronavirusun “omikron” ştamı, COVID-19 pandemiyasının kəskin mərhələsinin sonunu xəbər verə bilər. Bu qənaətə Cənubi Afrika Respublikasından olan həkimlər apardıqları tədqiqatlar nəticəsində gələbilər.

KONKRET.az bildirir ki, tədqiqat Stiv Biko Akademik Xəstəxana Kompleksində aparılıb. Həkimlər indiki pandemiya dalğasında xəstələnən 466 xəstənin və əvvəlki 3 976 xəstənin qeydlərini təhlil ediblər.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, infeksiya dalğası görünməmiş sürətlə irəliləyərək, əvvəlki ştamlara nisbətən daha yüngül xəstəliklərə səbəb olub. Əgər bu model davam edərsə və bütün dünyada təkrarlanarsa, biz çox güman ki, xəstələnmə və ölüm nisbətinin tam əksinə olacağını görəcəyik, deyə həkimlər bildirib./Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*