Rusiyanın tanınmış estrada müğənnisi Alla Puqaçovanın qızı, müğənni Kristina Orbakayte “İnstagram”da ayağının qırıldığı haqda paylaşım edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, fiksatorda ayağını nümayiş etdirən bir fotoşəkil yayıb. Ulduzun sözlərinə görə, ayaq biləyi qırılıb: “Ən azı 6 həftə ayağımı yerə qoya bilmərəm. Təəssüf ki, fevral konsertlərimi və tamaşalarımı ertələməyə məcburam”. O, karyerasında ilk dəfə olaraq konsertlərinin vaxtını dəyişdirdiyini xatırladıb. Qeyd edək ki, Orbakayte hazırda əri Mixail Zemtsov və 7 yaşlı qızı Klavdiya ilə birlikdə ABŞ-da yaşayır.
KONKRET.az

