“Allah onun hakimi olsun, qoy nə istəyir desin” – Putin Josep Borrellə SƏSLƏNDİbackend

"Allah onun hakimi olsun, qoy nə istəyir desin” - Putin Josep Borrellə SƏSLƏNDİ

“Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell “faşist Rusiyası” haqqında danışarkən “böyük mütəxəssis” olduğunu sübuta yetirir”.  

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiya prezidenti Vladimir Putin deyib. O, 1930-cu illərin hadisələrini də xatırladıb. İspaniyada Fransisko Frankonun hərbi diktaturasının qurulmasından danışıb:

“Biz Avropa diplomatiyasının Rusiyanı döyüş meydanında məğlub etmək çağırışlarını görürük. Qəribə diplomatik şərait hökm sürür. O, hansısa ölkənin müdafiə naziri olsaydı, bu ritorikanı başa düşmək mümkünə çevrilərdi. Amma Avropa Birliyinin baş diplomatının dilindən çıxan bu fikirlər çox qəribə səslənir. Allah onun hakimi olsun, qoy nə istəyir desin”, – Putin vurğulayıb.

İspaniyada baş verən dövlət çevrilişindən danışan Putin, üsyanın başlaması ilə bağlı siqnalı eşidəndə Borrelin özünün hansı tərəfi tutacağını düşünməyi təklif edib:

“Bəs o, kimin tərəfində olacaqdı? O vaxt İspaniyanın demokratik yolla seçilmiş solçu hökumətinin tərəfində, yoxsa darmadağın edənlərin yanında? Fikrimcə, o, iğtişaşçıların tərəfində olardı. Çünki bu gün Ukrayna ərazisindəki məhz həmin iğtişaşçıları dəstəkləyir”, – deyə Kreml rəhbəri fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*