Alman jurnalistlər Ukrayna və Rusiyanın paytaxtını qarışdırdılar – VİDEObackend

Alman jurnalistlər Ukrayna və Rusiyanın paytaxtını qarışdırdılar - VİDEO

Alman jurnalistlər Ukrayna və Rusiyanın paytaxtını səhv salıblar.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın ən böyük telekanalı Das Erste-nin jurnalistləri Ukrayna və Rusiyanın paytaxtlarını qarışdırıblar.

Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Kiyevə səfəri zamanı müxbir Maydan fonunda canlı yayıma çıxıb.

Eyni zamanda, efirdə imza yerində canlı yayımın Moskvadan yayımlandığı qeyd olunub.

Son günlər nədənsə Rusiya və Ukrayna ilə bağlı xarici media tez-tez səhv edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*