Almaniya Berlində çeçen döyüşçünü öldürdüyünə görə ona ömürlük həbs cəzası istəyib – ƏTRAFLIbackend

Almaniya Berlində çeçen döyüşçünü öldürdüyünə görə ona ömürlük həbs cəzası istəyib - ƏTRAFLI

Almaniya prokurorluğu keçmiş çeçen səhra komandiri, Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətlində təqsirləndirilən Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlılarının zabiti olduğu iddia edilən şəxsə ömürlük həbs cəzası istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İstintaq materiallarımna görə, o, Rusiya hakimiyyətinin sifarişi ilə cinayət törədib. İşə bağlı qapılar arxasında baxılır. “Die Zeit” və “OstWest” nəşrləri xatırladır ki, qətl 2019-cu ilin avqustunda Berlin parkında baş verib. Qatil bir neçə atəş açıb, onlardan ikisi artıq yerdə uzanmış keçmiş səhra komandirinin başına tuşlanıb. Şübhəli dərhal saxlanılıb, onun Vadim Sokolovun adına pasportu olub. Lakin müstəntiqlər bu adın saxta olduğuna əmindirlər. Əslində, adamın adı FTX-nın xüsusi təyinatlı “Vympel” zabiti Vadim Krasikovdur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*