Bundesver Latviya parlamentinə seçkilər zamanı ölkənin hava məkanını qoruyacaq.
Almaniya sentyabrın sonundan oktyabrın əvvəlinədək, Latviyada parlament seçkilərinin keçiriləcəyi bir həftə ərzində Lielvarde aviabazasına dörd “Eurofighter” qırıcısı göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qərar “son həftələr və aylarda Baltikyanı ölkələrin hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması hallarının artması fonunda” qəbul edilib. Latviyaya, həmçinin bir neçə on nəfər hərbçi və hərbi mütəxəssis göndəriləcək.
Açıqlamaya əsasən, Riqadakı hökumət Seimə seçkilərinin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə hava məkanının mühafizəsinə dəstək göstərilməsi üçün NATO müttəfiqlərinə müraciət edib. Latviyada parlament seçkiləri oktyabrın 3-də keçiriləcək.
Ağagül Mürsəlov,
KONKRET.az
