Almaniya kansleri: “Rusiyanın qalib gəlməsinə icazə vermək olmaz”backend

Almaniya kansleri: "Rusiyanın qalib gəlməsinə icazə vermək olmaz"

“Qərb Ukraynanın Rusiya təcavüzünə qalib gəlməsinin qarşısını almaq üçün əlindən gələni etməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz “Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.

Almaniya kansleri qeyd edir ki, Rusiyanın qələbəsi təkcə Ukraynanın azad, demokratik, müstəqil dövlət kimi sonu olmayacaq, həm də Avropanı kökündən dəyişdirəcək və liberal dünya düzəninə zərbə vuracaq. Almaniya hökumətinin başçısı yazır ki, Putin hələlik heç bir hərbi məqsədə nail olmayıb.

“Putinin təcavüzünü dayandıra bilməməyin uzunmüddətli nəticələri və xərcləri indi qoyduğumuz hər hansı sərmayəni kölgədə qoyacaq”, – deyə Şolz yazır.

Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün Şolz öz fəaliyyət planını təklif edir ki, onun əsas komponentləri Qərbin Ukraynaya davamlı dəstəyi və NATO müdafiəsini gücləndirməsidir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*