Almaniya millisinin məşqçisi hakimi təhqir etdibackend

Almaniya millisinin məşqçisi hakimi təhqir etdi

Almaniya millisinin məşqçisi Sandro Vaqner Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş hakim Entoni Teyloru təhqir edib.

KONKRET.az xəbər verir ki, görüşün 106-cı dəqiqəsində Camal Musialanın zərbəsi zamanı top cərimə meydançasında ispanların müdafiəçisi Mark Kukurelyanın əlinə dəyib. Lakin referi həmin epizodda penalti təyin etməyib.

Bu səbəbdən mütəxəssis hakimlərin otağına daxil olaraq, ingiltərəli tanınmış referinin ünvanına təhqiredici ifadələr səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*