Ukrayna üçün 650 milyon avroluq yeni yardım paketinə “IRIS-T” zenit-raket kompleksləri, “Leopard-1” tankları, kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA) daxildir.
KONKRET.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Müller deyib: “Almaniyanın Ukraynaya yardım paketinə “Helsing” şirkətinin kəşfiyyat və hücum pilotsuz təyyarələri daxildir, onlardan 4000-i bu ilin dekabrından etibarən Kiyevə göndəriləcək. Dəstə həmçinin iki “IRIS-T” hava hücumundan müdafiə sistemi, on “Leopard-1” tankı, həmçinin 6000 idarə olunmayan və 500 idarə olunan raket daxildir”. Mueller qış geyimlərinin yeni yardım paketinə daxil ediləcəyini də qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az