Almaniya yığması Macarıstanı məğlub etdibackend

Almaniya yığması Macarıstanı məğlub etdi

Avro-2024-ün qrup mərhələsinin ikinci turunun matçında Almaniya yığması Macarıstanı məğlub edib.

KONKRET.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. İlk hissədə Camal Musiala fərqlənib. O, Avro-2024-də iki qol vuran ilk futbolçudur. O, ilk turda Şotlandiya ilə görüşdə də fərqlənib.

Matçın 67-ci dəqiqəsində Gündoğan Nagelsmanın komandasının üstünlüyünü dubl edib.

Bu görüşdən sonra A qrupunun turnir cədvəlinə 6 xalla Almaniya başçılıq edir. Macarıstan hələ ki, xal qazanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*