Almaniyanın Münhen hava limanında Artur E. adlı şəxs Rusiya hakimiyyət orqanlarına kəşfiyyat məlumatları ötürməkdə şübhəli bilinərək saxlanılıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs dövlətə xəyanətdə şübhəli bilinir. O, ABŞ-dan gələn kimi saxlanılıb. Prokurorluq onun həbsi üçün yanvarın 22-də order verib.
Qeyd olunub ki, Artur E. 2022-ci ilin dekabrında həbs edilən Karsten L.-in tanışıdır. 2022-ci ildə o, Almaniya Federal Kəşfiyyat Xidmətində fəaliyyəti zamanı əldə etdiyi məlumatları Rusiyaya ötürüb.
İqbal Rzayev,
KONKRET.az
