Almaniyanın qaz anbarları dolur: Aİ-nin planı baş tuturbackend

Almaniyanın qaz anbarları dolur: Aİ-nin planı baş tutur

Almaniyanın qaz anbarlarının artıq 75,43%-i dolub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin operator şirkətləri məlumat yayıb.

Aİ-nin may ayında qəbul edilmiş qaz anbarı ilə bağlı qaydalarına əsasən, sentyabrın 1-dək 75%-lik göstəriciyə çatmaq planlaşdırılırdı. Almaniyanın Qaz və Hidrogen Saxlama Sistemləri Operatorları Assosiasiyasının (INES) məlumatına görə, yay aylarında qaz istehlakını azaltmaqla və Avropanın şimal-qərbindən mavi yanacağın idxalının həcmini artırmaqla anbarların doldurulmasını sürətləndirmək mümkün olub.

Aİ-nin reqlamentinə əsasən, Almaniyanın anbarları oktyabrın 1-dək ən azı 85%, noyabrın 1-dək isə ən azı 95% dolu olmalıdır. Ancaq indiki sürət davam edərsə, bu hədəflərə daha tez çatmaq mümkün olacaq.

Aİ-nin planına görə, artan qaz ehtiyatları Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasına qədər qaz bazarındakı istənilən dalğalanmaları kompensasiya edəcək. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*