Almatı tamamilə nəzarət məntəqələri ilə əhatəyə alındıbackend

Almatı tamamilə nəzarət məntəqələri ilə əhatəyə alındı

Almatı tamamilə nəzarət-buraxılış məntəqələri ilə əhatəyə alınıb.

KONKRET.az xəbər verir ki, şəhərdən çıxışda avtomobillər diqqətlə yoxlanılır.

Qeyd olunub ki, şəhərdə vaxtaşırı atışma eşidilir, lakin əvvəlki günlər kimi intensiv deyil. Televiziyalarda xüsusi əməliyyat aparılan ərazilərdə pəncərələrdən uzaqlaşmaq çağırışları təkrarlanır. Bəzi ərzaq mağazaları açılsa da, sakinlər satışda çörəyin olmadığını deyirlər.

Bundan öncə Almatı vilayətinin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu, lakin bölgədə terror təhlükəsinin ən yüksək səviyyədə olduğunu bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*