Almatıda Türk Akademiyasının nəşr etdiyi elmi kitabların təqdimatı oldubackend

Almatıda Türk Akademiyasının nəşr etdiyi elmi kitabların təqdimatı oldu

Cinayətklar “Baqramyan batalyonu” və İrəvanın uydurduğu xilaskar “Kraliça Şuşanik batalyonu”nun Abxaziyadakı əməlləri – Gürcüstanlı jurnalistin qeydləri

Oktyabrın 7-də Almatıdakı Qazax Milli Universitetində Əl-Farabi adına Türk Akademiyasının nəşr etdirdiyi elmi əsərlərin təqdimat mərasimi keçirilib.Tədbirdə Türk Akademiyasının prorektoru Asxat Kesikbayev, professor Erkin Duysenov, Türkiyə Respublikasının Almatıdakı baş konsulu Evren Müderrisoğlu, digər elm adamları və ictimai xadimlər iştirak ediblər.

Təqdim olunan nəşrlər arasında tatar şairi və alim Bəkir Çobanzadənin Türk Akademiyasının təşəbbüsü ilə qazax dilinə ilk dəfə tərcümə edilmiş “Tiltutka” adlı seçilmiş əsərlərindən ibarət toplusu da olub. Bu kitaba yazıçının uzun illər apardığı tədqiqatlar nəticəsində tərtib olunmuş çoxcildlik əsərləri daxildir. Tədbirdə həmçinin Türk Akademiyasının 37-dən çox bölgəni əhatə edən “Türk dillərinin terminoloji lüğətləri”nin nəşri layihəsi də təqdim edilib. Bu layihə elmi terminologiyanın standartlaşdırılması və türk dövlətlərinin elmi ictimaiyyətlərinin bir araya gəlməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib. Bundan əlavə, tədbirdə Qazax Milli Universiteti rektorunun monoqrafiyası təqdim olunub.

Tədbirdə çıxış edən Türk Akademiyasının prorektoru Asxat Kəsikbayev akademiyanın rektoru  Şain Mustafayevin salamlarını və xoş arzularını çatdırıb. O, hər bir yeni nəşrin əhəmiyyətini vurğulayaraq, bunun sadəcə elmi əsər olmadığını, türk xalqlarının mədəni-tarixi irsinin qorunub saxlanması və artırılması işinə sanballı töhfə olduğunu qeyd edib. Digər çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Türk Akademiyasının bundan sonrakı fəaliyyəti  türk dövlətləri arasında akademik əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*