Altı Aİ ölkəsi neft şirkətləri üçün xüsusi vergi təklif edibbackend

Altı Aİ ölkəsi neft şirkətləri üçün xüsusi vergi təklif edib

Altı Avropa İttifaqı ölkəsi neft qiymətlərinin artması fonunda neft şirkətlərinə xüsusi vergi tətbiq edilməsini təklif edib.

KONKRET.az Bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliyanın iqtisadiyyat və maliyyə nazirləri təklifi Aİ Şurasına sədrlik edən İrlandiyanın maliyyə nazirinə ünvanlanan məktubda irəli sürüblər. Ölkələr məsələnin sentyabrda Dublində keçiriləcək Aİ maliyyə nazirlərinin toplantısının gündəliyinə daxil edilməsini istəyirlər.

Nazirlər neft şirkətlərinin yüksək gəlirlər əldə etdiyini bildirərək, 2022-ci ildə tətbiq olunan analoji əlavə ödənişlərin yenidən nəzərdən keçirilməsini təklif ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*