“Alverçi” Araik prezident olan gün Şuşa təslim oldu – Aleksanyanbackend

“Alverçi” Araik prezident olan gün Şuşa təslim oldu - Aleksanyan

“Qarabağlılar “alverçi” Araikin prezident olmasına icazə verən gün Şuşa təslim oldu”.

KONKRET.az xəbər verir ki, bu barədə Petros Aleksanyan 7or.am saytının dərc etdiyi “Şuşanı kim və necə təslim etdi” məqaləsində yazır.

O bildirib ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldiyi, Arayik Arutyunyan isə “Arsax”a prezident təyin edildiyi anda Qarabağın və xüsusən Şuşanın dövlətçiliyi məsələləri həll olundu. Qalanı texniki məsələ olub.

“Patoloji yalançı və anadangəlmə araqarışdıran noyabrın 9-da Şuşa uğrunda döyüşlərin davam etdiyini desə də, formal olaraq Şuşa 2020-ci il noyabrın 5-də artıq təslim olmuşdu.

Şuşa təkcə döyüşlə təslim olmadı. Şuşanın təslim edilməsində əsas günahkar və məsul şəxs Nikol Paşinyan, ikinci Arayik Arutyunyandır. Ancaq necə deyərlər, təkcə onlar deyillər.

Şuşanı Qarabağ nizamlanması üzrə danışıqların pozulmasında Zöhrab Mnatsakanyan başda olmaqla iştirak edənlərin hamısı təslim etdi.

Şuşanı Nikolun axmaqlığını alqışlayanlar təslim etdi.

Şuşa KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlanıldığı anda təslim oldu.

Nikol ardıcıl olaraq Ermənistan-Rusiya münasibətlərini korlayanda Şuşa təslim oldu.

Robert Koçaryanı qondarma ittihamla həbs edəndə Şuşa təslim oldu, “qalib” Qarabağ müharibəsi iştirakçılarının 99,9 faizi bunun onlara aidiyyəti olmadığını düşünərək susdu.

Nikol açıq-aşkar anti-Qarabağ təbliğatı apararkən, Ermənistan və Qarabağ ermənilərinə qarşı türkyönlü kodu təşviq edərkən Şuşa təslim oldu.

Ordunun ardıcıl süqutuna göz yumaraq, Nikola yaltaqlanan “ziyalı” təbəqənin nümayəndələri Şuşaya xəyanət etdilər.

Qarabağlılar “alverçi” Araikin prezident olmasına icazə verəndə Şuşa təslim oldu.

Şuşa təslim olmaya bilməzdi, çünki Nikol bizim ali baş komandanımız elan edildi. Necə deyərlər, Annuşka artıq yağı dağıdıb”, – deyə Aleksanyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*