AMEA-nın mühafizəsi gücləndirilir – Akademiya ərazisində yeni mühafizə postları qurulurbackend

AMEA-nın mühafizəsi gücləndirilir - Akademiya ərazisində yeni mühafizə postları qurulur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

KONKRET.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC-nin “Bakı-3” filialı olub.

“Alov-Mühafizə” MMC Hüseyn Cavid prospektində yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində olan Akademiya şəhərciyinin ərazisində mühafizə sistemlərini quraşdıracaq.
Görüləcək işlərin qarşılığında AMEA “Alov-Mühafizə” MMC –yə 27 min 605 manat ödəyəcək.

Qeyd edək ki, “Alov-Mühafizə” MMC 3 ədəd mühafizəçi otağı (kupe), 3 ədəd şlaqbaum, 9 ədəd müşahidə kamerası və mühafizə üçün zəruri olan digər avadanlıqlar quraşdıracaq.

Məlumt üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur. Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*