Amerika ikiüzlülüyü: Ukrayna üçün ölkəsini belə təhlükəyə atan Vaşinqton Yəmən faciəsinə niyə göz yumur? – TƏHLİLbackend

Amerika ikiüzlülüyü: Ukrayna üçün ölkəsini belə təhlükəyə atan Vaşinqton Yəmən faciəsinə niyə göz yumur? - TƏHLİL

Ukraynadakı iyrənc əməliyyata cavab olaraq Bayden administrasiyası qlobal anti-Rusiya kampaniyasına rəhbərlik edir. Vaşinqton ABŞ-da və xüsusilə Avropada müttəfiqlərinin dəstəyi ilə mənəvi səlib yürüşünə başlayıb. Russofobiyamız indi o qədər şiddətlənib ki, hətta paralimpiyaçı idmançılar sadəcə rus olduqlarına görə yarışdan kənarlaşdırılıb. Lakin Bayden administrasiyası həm də Səudiyyə Ərəbistanı və BƏƏ-yə dəstək üçün beynəlxalq kampaniyaya rəhbərlik edir. Çünki bu iki ölkə Yəmənə 7 ildir ki, qəddar basqınını davam etdirir. Vaşinqton burada da imtiyazlı Körfəz monarxiyalarının hücumlarına cavab verməyə cəsarət etdiklərinə görə Huti üsyançılarını qınayaraq onlara qarşı da mənəvi səlib yürüşünə başlayıb.

Ümumiyyətlə, dünya hökumətləri və ictimaiyyəti neftlə zəngin Ər-Riyad və Əbu-Dabi ilə əlaqədən qazanc əldə etdikləri üçün bu məsələdə ədalətsizcəsinə susur. BMT Təhlükəsizlik Şurası Rusiyanın veto hüququna görə Moskvanın hərəkətlərini pisləyə bilmir. Lakin, qurum BƏƏ-nin istəyi ilə Yəmən üsyançılarını terrorçu kimi tanıyan qətnaməni təsdiqləyib. Baxmayaraq ki, Əmirliklər Ukrayna ilə bağlı səsvermədə bitərəf qalmaqla Moskvanın dəstəyini alıblar.

Ən isterik şəkildə, Bayden administrasiyasının dəstəklədiyi bir BMT orqanı üsyançıları Səudiyyə Ərəbistanı və BƏƏ-yə qarşı pilotsuz təyyarələr və raketlərdən istifadə etdiklərinə görə qınadı. Halbuki, iki ölkə son 7 ildə Yəmən şəhərlərini davamlı şəkildə bombalayır. Minlərlə insanın ölümünə baxmayaraq, kral rejimləri ABŞ-ın heç bir məzəmməti olmadan havadan ölüm gətirməyə davam edir. Ona görə də Yəmən dəhşətlərinə dair bəzi məlumatları diqqətə gətirmək istəyirəm:

“2022-ci ilin yanvar ayı Səudiyyə Ərəbistanının Yəməndə apardığı uzun müddət hava müharibəsi ərzində ən dəhşətli ay olub. Yəmən Məlumat Layihəsi yanvar ayında Səudiyyə koalisiyasının bombalaması nəticəsində 139 mülki şəxsin ölümü və 287 nəfərin yaralandığını qeyd edib. Səudiyyə Ərəbistanı və BƏƏ-nin 2015-ci ilin martından bu yana Yəməni bombalaması səbəbindən 19 mindən artıq dinc sakin ölüb və yarlanıb. Yüz minlərlə insan evsiz-eşiksiz qalıb. Yanvar ayı 2016-cı ilin oktyabr ayından bəri daha çox mülki hava hücumunun qeydə alındığı ay olub. Və nəticədə 2022-ci ilin ilk ayında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində dinc sakinlərə daha çox zərər dəyib. ABŞ və Avropa isə ərəb şeyxlərinin xatirinə bu faciəni görməməzlikdən gəlir.

“The American Conservative”, ABŞ. 13 mart 2022.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*