Amerika Kuboku: İlk finalçı bəlli oldubackend

Amerika Kuboku: İlk finalçı bəlli oldu

Amerika Kubokunun yarımfinal mərhələsində Kanada ilə üz-üzə gələn Argentina inamlı qələbəyə sevinib.

KONKRET.az xəbər verir ki, gərgin və maraqlı futbol tamaşası vəd edən görüşdə hesab 22-ci dəqiqədə açılıb. Xulian Alvares Rodriqonun ötürməsindən sonra dəqiq oynayıb – 1:0. Nominal meydan sahibləri məğlubiyyətdən xilas olmaq üçün çox çalışsalar da, ilk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən argentinalılar fərqi artırıblar. 51-ci dəqiqədə Lionel Messi görüşün yekun nəticəsini müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, Argentina millisi finalda Uruqvay-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*