Amerikalı porno ulduzun İrandan paylaşdığı FOTOLAR qalmaqal yaratdı – XİN rəhbərindən AÇIQLAMAbackend

Amerikalı porno ulduzun İrandan paylaşdığı FOTOLAR qalmaqal yaratdı – XİN rəhbərindən AÇIQLAMA

İrana səfər edən amerikalı kino ulduzu Uitni Rayt İslam ölkəsi adından təbliğat aparmaqda ittiham olunur.

KONKRET.az xəbər verir ki, Uitni Raytın İranda hicablı pozaları müzakirələrə səbəb olub.

İsraili tənqid etməsi ilə də tanınan Uitni Rayt sosial media hesabında Tehranda bağlanmış köhnə ABŞ səfirliyinin binası qarşısından hicablı fotolarını paylaşıb. Rayt bu paylaşımlarından sonra İran təbliğatı aparmaqda günahlandırılıb.

1979-1981-ci illərdə girov böhranından sonra iki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra ABŞ-nin Tehrandakı səfirliyi bağlanıb. Bina İranda ABŞ əleyhinə əhval-ruhiyyənin simvolu kimi qiymətləndirilir.

ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinejad X platformasında belə yazıb: “Amerikalı porno ulduz Uitni Rayt mənim doğulduğum ölkədə, İrandadır. Orada qadınlar saçları göründüyü üçün öldürülür”.

İran hökuməti isə amerikalı ulduzun ölkəyə normal turist vizası ilə daxil olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, ABŞ və İran arasındakı gərginliyə baxmayaraq, ABŞ vətəndaşlarının ölkəyə səfəri qadağan edilmir.

Rayt tənqidlərə cavab verib və deyib ki, o, İran təbliğatı aparmır, sadəcə gördüklərini paylaşır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*