Detektivlərin və uşaq kitablarının müəllifi Meri Higgins Klark 92 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə qızı Kerola istinadən “New York Times” nəşri yayıb.
Vida tarixi və dəfn ediləcək yer haqqında məlumat verilmir.
Klark karyerası ərzində çoxlu sayda kitab yazıb, onlardan 40-dan çoxu bestseller olub, bəziləri ekranlaşdırılıb.
Yazıçıya ən populyarlığı “Uşaqlar qayıtmayacaq”, “Və beşik düşəcək”, “Musiqini sevir, rəqs etməyi sevir” və “Yaşadığınız küçədə” romanları gətirib.
2019-cu ilin noyabrında Meri Higgins Klarkın son kitabı nəşr olunub.
Babək Göyüş
KONKRET.az

