Buçada ana rus ordusu tərəfindən öldürülmüş qızının cansız bədənini taxtalarla örtərək dəfn edib.
KONKRET.az xəbər verir ki, Buça şəhəri işğaldan azad edildikdən sonra ortaya çıxan tük ürpədən faktlar dünya ictimaiyyətini hiddətləndirib. Rus hərbçilər şəhərə daxil olduqdan sonra törətdikləri vəhşiliklər indi məlum olur.
Yaşlı ana qızının rus əsgərləri tərəfindən səbəbsiz öldürüldüyündən danışıb. Ruslar onu Buçaya daxil olduqları ilk gün güllələyib. Qız şəhərə daxil olan maşın kolonuna baxmaq üçün darvazadan çölə çıxıb və heç bir səbəb olmadan güllələnib.
Anası onu bacardığı kimi, həyətdə üstünü taxta parçaları ilə örtərək dəfn edib.
Həmin kadrları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
