Ana və qızı bədən quruluşuna görə Monqolustanın ulduzları oldularbackend

Ana və qızı bədən quruluşuna görə Monqolustanın ulduzları oldular

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Monqolustanın bodibildinq ulduzu Q.Uqaleçeçeq ölkənin Bodibildinq və Fitness Federasiyasının 30 illik yubileyinə həsr olunmuş yarışlarda dördüncü dəfə respublika çempionu olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Uqaleçeçeq üçqat Asiya çempionu və dördqat dünya çempionudur.

Onun qızı M.Moyloo da bodibildinqlə məşğul olur. Moyloo bikini model yarışında gümüş medal, Monqolustan Mister&Miss-2020 yarışlarında qadın idman modeli kateqoriyasında dördüncü yeri tutub.

Moyloo Monqol Milli Tibb Elmləri Universitetini bitirib və dörd ildir bodibildinqlə məşğuldur.Moyloo Monqol Milli Tibb Elmləri Universitetini bitirib və dörd ildir bodibildinqlə məşğuldur.  2019-cu ildə Monqolustan Milli Bodibildinq və Fitness Çempionatının qızıl medalını qazanıb.

“Mongolian Mister&Miss-2020” yarışmasında 62 təşkilatdan 300-dən çox idmançı iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*