Ana yeni doğulan körpəsini 440 minə satmaq istədibackend

Ana yeni doğulan körpəsini 440 minə satmaq istədi

Rusiyanın Stavropol diyarında yerli sakin 440 min rubla yeni doğulmuş körpəsini satmağa çalışıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İstintaq Komitəsinin saytı yayıb. Qeyd edildiyi kimi, 36 yaşlı qadın hələ hamilə olanda körpəsindən yaxa qurtarmaq istəyib. Bu məqsədlə o, uşağın satılmasına dair sosial şəbəkələrdə paylaşım edib. Qadının bu addımı istifadəçilərindən birinin diqqətini çəkib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Nəticədə bir nəfərlə “anlaşılma” zamanı yeni doğulan körpəyə 440 min rubl qiymət qoyulub. Polis ananı “əməliyyatı” həyata keçirən zaman yaxalayıb. Hal-hazırda qız xəstəxanaya yerləşdirilib. Gələcəkdə qəyyumluq himayəçilik orqanları ona cavabdeh olacaq.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*