ANAMA-nın avtobusu Laçında QƏZAYA DÜŞDÜbackend

ANAMA-nın avtobusu Laçında QƏZAYA DÜŞDÜ

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*