Ananın körpəsini öldürməsinin bəzi təfərrüatları məlum oldubackend

Ananın körpəsini öldürməsinin bəzi təfərrüatları məlum oldu

Bakının Türkan qəsəbəsində ananın üç günlük körpəsini dənizə ataraq öldürməsinin bir sıra təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, hadisə 14 gün öncə baş verib.

Noyabrın 11-də 1984-cü il təvəllüdlü Eyvazova Pərvanə Telman qızı saat 17 radələrində körpəsini dənizə ataraq öldürüb.

Apardığımız araşdırma zamanı bəlli olub ki, 41 yaşlı qadın hadisədən üç gün öncə körpəsini Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.

Məlumata görə, qadın ailəli olub, daha üç övladı var. Onun hansı səbəbdən bu addımı atması isə istintaq zamanı bəlli olacaq.

Qeyd edək ki, faktla bağlı Pərvanə Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*