Anar Kərimovdan yeni TƏYİNATbackend

Anar Kərimovdan yeni TƏYİNAT

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin edib.

KONKRET.az xəbər verir ki, bu vəzifəyə Zöhrab Məmməd oğlu Adıgözəlov təyin olunub.

Məlumat üçün bildirək ki, Z.Adıgözəlov ilkin olaraq sınaq müddəti ilə yeni vəzifəni icra edəcək. O, daha öncə Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Qeyd edək ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Höccət Əsədullayev olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*