“Android” sistemində təhlükəli nöqtələr aşkarlandıbackend

“Android” sistemində təhlükəli nöqtələr aşkarlandı

“Google Project Zero” tədqiqat qrupu “Android” əməliyyat sistemində “Pixel”, “Huawei”, “Oppo”, “Moto”, “Samsung”, “Oreo LG”, “Xiaomi” markalarına aid smartfonlara dələduzların daxil olmasına yol açacaq ciddi zəif məqam aşkarlayıb.

KONKRET.AZ “Google Project Zero” tədqiqat qrupuna istinadən xəbər verir ki, “Android” sisteminin özəyinin kodundakı “CVE-2019-2215” ünsürü viruslu proqram quraşdırmaqla, yaxud şəbəkədən hücum yolu ilə sistemi dağıtmaq üçün istifadə oluna bilər.

Sözügedən təhlükənin “OC Android” sisteminin 8.x-dan başlayan versiyalarını hədələdiyi qeyd olunur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*