Ankaranın sualı Vaşinqtonu çətinə saldı: “Prezident buna zəmanət verəcəkmi?”backend

Ankaranın sualı Vaşinqtonu çətinə saldı: “Prezident buna zəmanət verəcəkmi?”

Türkiyə-ABŞ münasibətlərindəki “S-400” və “F-35” gərginliyi hələ də qaldığı vaxt Vaşinqton-Ankara danışıqları ilə bağlı tarixi dialoq mediada öz əksini tapıb.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıçın ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişə sürpriz təklif verdiyi üzə çıxıb.

Kılıç amerikalı senatora deyib: “Bu görüşdən sonra Ankaraya məlumat verərkən deyə bilərəmmi ki, Türkiyə “Patriot” almaq qərarına gəlsə və razılıq əldə olunarsa, ABŞ prezident Konqresin raketlərin təhvil verilməsinə mane olmayacağına zəmanət verirmi?”

Kılıçın təklifinə təəccübünü gizlədə bilməyən ABŞ rəsmisinin cavabı diqqət çəkib: “Belə bir zəmanət verə bilmərik. Təhvil verilmə günü çatanda vəziyyətə baxarıq”.

Senatorun verdiyi cavab ABŞ-ın “Patriot” müdafiə sistemlərini Türkiyəyə satmaqda nə qədər istəksiz olduğunu bir daha ortaya qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*