“Anklavlar Azərbaycan ərazisidir” – Paşinyanın açıqlaması erməniləri HİDDƏTLƏNDİRDİ – VİDEObackend

"Anklavlar Azərbaycan ərazisidir" - Paşinyanın açıqlaması erməniləri HİDDƏTLƏNDİRDİ - VİDEO

“Anklavlar Azərbaycanın 86 min 600 kv.km ərazisinə daxildir”. 

KONKRET.az xəbər verir ki, bunu mayın 22-də keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün 86,6 min kvadrat kilometr ərazisinin bir hissəsidir.

“29 min 800 kvadrat kilometr əraziyə malik Ermənistanın ərazi bütövlüyünə Artsvaşen (Başkənd, Gədəbəy – red.) daxildir.

Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri aşağıdakı ola bilər: xəttin hər iki tərəfindəki anklav əraziləri yerləşdikləri tərəfin nəzarəti altında qalır.

Digər variant isə odur ki, sülh müqaviləsi imzalanandan sonra Başkənd Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyinə qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”, – deyə Paşinyan vurğulayıb.

İndi erməniləri bir sual narahat edir: Anklav kəndlər Azərbaycana verilsə, nə olacaq?

Onlar bu suala özləri cavab verib:

“İrəvan-Tbilisi avtomobil yolu hər iki tərəfdən bağlanacaq.

Sofulu və Barxudarlı kəndləri (Qazax – red.) veriləcəyi halda Azərbaycan İrəvan-Tbilisi magistralına və Berdə gedən əsas yola nəzarət edəcək.

Və əgər Tiqranaşen (Kərki, Naxçıvan – red.) də təslim olsa, o zaman İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*