“Ermənistanda anti-Rusiya hisslərinin yaranması ölkəmizin təhlükəsizliyi üçün birbaşa təhdiddir”.
KONKRET.az erməni saytlarına istinadla bildirir ki, bu fikirləri erməni jurnalist, siyasi şərhçi Arman Abovyan deputat Arman Babacanyanın anti-Rusiya ritorikasına cavab verərkən səsləndirib.
Daha sonra ö, fikirlərini bu cür tamamlayıb:
“… Başa düşürəm ki, Rusiya əleyhinə mövqedəsiniz, amma yalan danışmaq və manipulyasiya etmək nəyə lazımdır.
Paşinyan höküməti azərbaycanlıların hərbi təcavüzünə sırf diplomatik metodlarla cavab vermək qərarına gəlmişdisə, sizcə ruslar deyəcəkdi ki, yox, biz sizin üçün vuruşacağıq?
Ruslar nə deyirlər – “Tamam, diplomatik yolla getməyə qərar verdiniz, sözümüz yox, biz ancaq sizə seçdiyiniz strategiyada kömək edəcəyik”.
Ermənistanda anti-Rusiya hisslərinin yaranması ölkəmizin təhlükəsizliyi üçün birbaşa təhdiddir.
İndi sual olunur, Ermənistanda təhlükəsizlik sistemini məhv etmək kimə sərf edir?
Cavab aydındır”.
Xuraman Etibarlı
KONKRET.az
