“Apple”-ın ilk qatlana bilən telefonu belə olacaqbackend

“Apple”-ın ilk qatlana bilən telefonu belə olacaq

“Apple” şirkətinin gələn həftə keçiriləcək sentyabr tədbirində ilk qatlana bilən smartfonu olan “iPhone Ultra”-nı təqdim edəcəyi gözlənilir. Təqdimata az müddət qalmış cihazın texniki xüsusiyyətləri, dizaynı və satış tarixi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, məşhur “Apple” analitiki Mark Qurmanın paylaşdığı məlumatlara görə, yeni model yüksək səviyyəli texniki göstəriciləri və xüsusi dizayn detalları ilə diqqətçəkəcək.

İddialara görə, cihazın xarici hissəsində 5,5 düymlük örtük ekranı, daxili hissəsində isə 7,8 düymlük qatlana bilən ekran yerləşəcək.

“Maye metal” konstruksiyalı menteşənin ekran qatlanarkən yaranan izi minimuma endirəcəyi bildirilir. Smartfonda “MagSafe” simsiz enerji doldurma dəstəyinin də qorunacağı gözlənilir.

Şirkətin yeni modeldə standart “iPhone”-lar səviyyəsində yüksək korpus davamlılığı təmin etməyə çalışdığı qeyd olunur.

Qatlana bilən “iPhone”-un ən yeni “Apple Pro” prosessoru və şirkətin öz modemindən güc alacağı bildirilir. Cihazın iOS 27 əməliyyat sistemi ilə işləyəcəyi gözlənilir.

Yeni modeldə iPad-ə bənzər çoxvəzifəli istifadə imkanlarının təqdim olunacağı iddia edilir. Belə ki, istifadəçilər eyni anda bir neçə tətbiqi yan-yana işlədə, həmçinin pəncərələr arasında faylları sürüşdürüb buraxa biləcəklər.

Bu funksiyaların açıq tətbiqlər arasında məlumat mübadiləsini daha sürətli və rahat həyata keçirməyə imkan verəcəyi bildirilir.

Məlumata görə, “iPhone Ultra” yeni Pro modelləri ilə eyni vaxtda və ya onlardan bir neçə həftə sonra satışa çıxarıla bilər.

Qatlana bilən smartfonun ilkin qiymətinin 2 min dollardan yuxarı olacağı gözlənilir. İddialara əsasən, cihazın satışa çıxarılmasında tədarük gecikməsi ilə bağlı problem yaşanmayacaq.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*