“Apple”-ın qatlanan ekranlı “iPhone” maketi ortaya çıxdıbackend

“Apple”-ın qatlanan ekranlı “iPhone” maketi ortaya çıxdı

“Apple” şirkətinin ilk qatlanan ekranlı “iPhone” modelinə dair iddialar yenidən gündəmə gəlib. Rəsmi təqdimat tarixi hələ açıqlanmasa da cihazla bağlı sızıntıların sayı getdikcə artır.

KONKRET.az xəbər verir ki, məlumata görə, “Apple” uzun müddətdir qatlanan ekranlı “iPhone” üzərində çalışır. Lakin istənilən dizayn və funksionallıq əldə olunmadığı üçün layihənin təqdimatı dəfələrlə təxirə salınıb. İndi isə cihazın 2026-cı ildə təqdim edilə biləcəyi ehtimal olunur.

Son günlərdə telefonla bağlı yeni maket görüntüləri ortaya çıxıb. “Unbox Therapy” “YouTube” kanalının Çindən gətirtdiyi maket cihazın əvvəlki sızıntılardakı dizayna bənzədiyini göstərir.

İddialara görə, “Apple”-ın qatlanan “iPhone” modeli dizayn baxımından “Google”-un “Pixel Fold” seriyasına yaxın olacaq. Lakin bəzi məlumatlar cihazda ekranın qatlanma izinin tamamilə aradan qaldırılacağı və menteşe probleminin həll olunacağı istiqamətindədir.

Qeyd edək ki, hazırda qatlanan ekranlı telefon bazarında “Samsung”, “Huawei” və “Google” kimi şirkətlər ön sıralardadır. Xüsusilə Çin texnologiya şirkətləri bu sahədə ciddi rəqabət yaradır.\\sfer.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*