Araik Arutyunyan Ter-Petrosyanın evinə getdibackend

Araik Arutyunyan Ter-Petrosyanın evinə getdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün, aprelin 3-də malikanəsində Qarabağdakı terrorçuların başçısı Arayik Arutyunyanla görüşüb.

KONKRET.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın birinci prezidentinin köməkçisi Arman Musinyan məlumat verib.

Məlumata görə, görüşdə bildirilib ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində həm Qarabağdakı qondarma “hakimiyyət”, həm Ermənistan hakimiyyəti, həm də müxalif qüvvələr çox ehtiyatlı ritorikaya, daxili siyasi münaqişələri qızışdırmamağa üstünlük verməlidir. Hesab olunub ki, bu, Ermənistanda və Qarabağda vəziyyətin mürəkkəb məcrada inkişaf etməməsi üçün vacibdir.

Adətən, Qarabağla bağlı normal, realist mövqeyi ilə çıxış edən Ter-Petrasyanın Arutyuntanı qəbul etməsi suallar doğurur. Belə görünür rəzil vəziyyətə düşən baş terrorçu Petrosyandan kömək istəyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*