Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Suren Papikyan müdafiə naziri postuna təyinat alıb.
KONKRET.az xəbər verir ki, erməni mediasında boş qalmış posta namizəd kimi bir neçə şəxsin adı çəkilir.
“Joxovurd” qəzeti yazır ki, Nazirlər Kabineti aparatının rəhbəri Arayik Arutyunyan Ermənistanın baş nazirinin müavini təyin oluna bilər.
“Hraparak” qəzeti isə yazır ki, ekologiya naziri Romanos Petrosyan baş nazirin müavini vəzifəsinə təyin olunacaq. Həmçinin Papikyanın “sol” funksiyalarından birinə – yerli özünüidarəetmə orqanlarına nəzarəti də həyata keçirəcəyi bildirilir.
Qeyd edək ki, Arşak Karapetyan vəzifəsindən azad edildikdən sonra Suren Papikyan onun əvəzinə müdafiə naziri təyin olunub.