“Rusiya bizim əsas tərəfdaşımızdır”,
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Qarabağ separatçılarının lideri Arayik Arutyunyan gənclərlə görüşündə deyib. O, Rusiyanın “Artsax” üçün əsas tərəfdaş olduğunu bildirib.
“Uzunmüddətli perspektivdə, hətta müəyyən mənada, təhlükəsizliyimizi qoruyacağımız bir ortağımız olmalıdır. Bu tərəfdaş Rusiyadır. Bizi başqa heç bir ölkə ilə ortaq bir təhlükəsizlik sistemində görmürük. Eyni zamanda, lazım gələrsə təhlükəsizliyimizi birgə təmin etmək üçün “Artsax Müdafiə Ordusu”nun döyüş qabiliyyətini islah etməli və inkişaf etdirməliyik”, – deyə Arutyunyan sərsəmləyib.
Belə çıxır ki, Arutyunyan bununla Ermənistanın RSK -nın məsuliyyət zonası ətrafında baş verən proseslərdən uzaqlaşdırıldığını təsdiqləyir.
Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın RSK -nın məsuliyyət zonası ətrafında gedən proseslərə Ermənistanın müdaxiləsinə dözməyəcəyini vurğulayıb. Belə qənaətə gəlmək olar ki, əvvəlcə torpaqlar abadlaşdırılacaq, bərpa işləri aparılacaq və bundan sonra separatçıların qalıqlarından təmizlənəcək.
Xuraman Etibarlı
KONKRET.az
