Arda Gülər Ronaldonun titulunu əlindən aldı – Bu qol çox şeyi dəyişdi + VİDEObackend

Arda Gülər Ronaldonun titulunu əlindən aldı - Bu qol çox şeyi dəyişdi + VİDEO

Türkiyə millisinin üzvü Arda Gülər Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc futbolçu kimi portuqaliyalı dünya ulduzu Kriştianu Ronaldonun rekordunu qırıb.

KONKRET.az xəbər verir ki, AVRO 2024-ün F qrupunun ilk turu çərçivəsində keçirilən Türkiyə-Gürcüstan matçının 62-ci dəqiqəsində möhtəşəm qolla komandasını önə keçirən Arda Gülər Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. Xatırladaq ki, Kriştianonun bundan əvvəlki rekordu 19 yaş 128 gün olub. Arda Gülər isə 19 yaş 128 günlük göstərici ilə portuqaliyanı qabaqlamağı bacarıb.

Eyni zamanda İspaniyanın “Real Madrid” klubunda çıxış edən Arda Gülər Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) tərəfindən hazırlanan “dünyanın ən dəyərli 100 futbolçusu” siyahısına düşməyi bacarıb.

Hazırda sözügedən siyahının 90-cı pilləsində qərarlaşan Arda Gülərin dəyəri 67,9 milyon avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*