Son zamanlar “Qalatasaray”a transfer olub-olmayacağı ilə bağlı gündəmdə olan Arda Turan sosial media hesabından sarı-qırmızılar haqqında açıqlama verib. O, “Qalatasaray” rəhbərliyi və prezidenti Mustafa Cengiz haqqında nələr dedi? Təcrübəli oyunçu verdiyi açıqlamada “Qalatasaray” tərəfdarlarına və onu qəbul edən Fatih Terimə təşəkkür edib, “Qalatasaray” klubunun başqanı Mustafa Cengizə verdiyi qərara hörmətlə yanaşdığını bildirib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turanın açıqlaması belədir: “Hörmətli Türk futbolunun üzvləri … Hörmətli Qalatasaraylılar … Son hadisələr barədə narahatlığımı və düşüncələrimi izah etməyə ehtiyac hiss etdim. “Qalatasaray” mənim uşaqlıq arzum, uşaqlıq sevgimdir. Xoşbəxtlikdən mənim xəyallarım gerçəkləşdi və bu forma altında Arda Turan oldum. O rəngləri çox bəyəndim. Mövzu sarı qırmızıya çevriləndə belə, həyatımda heç bir tələbim və şərtim yox idi. Getdiyim yerdə “Qalatasaray”a olan sevgimi bildirdim. “Atletiko Madrid” və “Barselona”ya “Qalatasaray”dan Arda Turan kimi getdim. Bununla öyünürəm. Bəli, səhvlərim oldu. Bunun əvəzini ödədim. Ancaq məmnun olduğum bircə şey var. “Qalatasaray” İdman Klubuna heç vaxt səhv etməmişəm. Bu, mənim ən böyük xoşbəxtliyimdir. Və həmişə belə olacaq.

“Galatarasay”da Arda Turanın adı ilə bağlı bir mübahisə varsa, bu, mənim ən böyük kədərim olacaq. Çünki əsas olan Arda Turan deyil, “Qalatasaray” İdman Klubudur. Bunu heç unutmamışam. Buna görə “Qalatasaray” İdman Klubu başçısının və İdarə Heyətinin qərarına hörmətlə yanaşıram. Mən də onlara təşəkkür edirəm. Bu müddətdə bütün “Qalatasaray” azarkeşlərinə təşəkkürümü bildirirəm. Həyatım boyu daim arxamda onların dəstəyini hiss etmişəm. Fatih bəyə üçün bir neçə xüsusi sözüm var. Bütün çətin proseslərə rəğmən ehtiyacım olduğu halda mənə əl uzatdığı, mərhəmət və sevgisini hiss etdirdiyi üçün minnətdaram. Ən pessimist olduğum müddətdə mənə yol göstərdi. Fatih Terim mənim və ailəmin atası, uşağımın babasıdır. Həyatım boyu belə olacaq. Şərtlərdən asılı olmayaraq, içimdə “Qalatasaray”a olan sevgim həmişə eynidir. Dualarəm həmişə olduğu kimi “Qalatasaray”ın uğuru üçün olacaq. Klubumuzun hər bir oyunçunun uğuru Türkiyə futbolunun uğuru olacaqdır. Meydanda tər tökən və mübarizə aparan qardaşlarıma və futbolçulara, xüsusilə Milli Komandamıza və klublarımıza səmimi qəlbdən uğurlar diləyirəm. Ürəyim həmişə onlarla olacaq. Hörmətlə Arda Turan”.
KONKRET.az
