“Rusiya Federasiyası “yuxarı”dan parçalanır, artıq bəyanatlar verilir”.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç “Radio NV” telekanalına müsahibəsində deyib. O, Rusiya Federasiyasının “yuxarı”dan artıq necə parçalanmağa başladığı barədə danışıb.
PA rəhbərinin müşavirinin sözlərinə görə, Rusiya səfirləri və xaricdə olan xüsusi təyinatlıları birinci ifşa olunacaqlar.
Rusiya Xarici İşlər Nazirliyi və xaricdəki xüsusi xidmət orqanları “ilk olaraq islah və sivilizasiya yolunu tutublar”.
- “Fikir çox sadədir: dağılacaqsa, bu birincilər dağılacaq. Niyə? Çünki onlar xaricdə oturublar və adətən islah və sivilizasiya yoluna birinci düşürlər. Bu, rejim dağılanda standart normadır. Yanukoviç rejimi yıxılanda da belə idi”, – deyə o bildirib.
Arestoviç əmindir ki, ilk qeyri-rəsmi, sonra isə rəsmi açıqlamalar verəcək adamlar Rusiyanın xaricdəki səfirləri və xüsusi agentləri olacaq.
“Qeyri-rəsmi onsuz da belə edirlər ki, “bizim bununla işimiz yoxdur, biz mədəni insanlarıq, bizi səhv başa düşməyin””, – deyə Arestoviç vurğulayıb.
Bundan əvvəl Arestoviç deyib ki, Putin müharibəni bitirmək istəyir və bir neçə əlamət buna işarə edir.
Xuraman Etibarlı,
KONKRET.az
