Arkadi Dubnov: “Ermənistan KTMT-yə sədrlik edir, ürəyim acıyır”backend

Arkadi Dubnov: “Ermənistan KTMT-yə sədrlik edir, ürəyim acıyır”

Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edir və buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan bir illik müvəqqəti statusuna uyğun olaraq KTMT missiyasının Qazaxıstana göndərildiyini elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Novaya qazeta”ya rusiyalı politoloq Arkadi Dubnov KTMT missiyasının Qazaxıstana göndərilməsi ilə bağlı Paşinyana niyə məlumat verildiyi sualına cavab verərkən deyib.

“Hazırda Ermənistan KTMT-yə sədrlik edir… Onlara ürəyim acıyır. Bundan əvvəl Ermənistan yardım istəyəndə Rəhmon məsləhətləşmələr aparmışdı (2021-ci ilin mayında Paşinyan Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı KTMT Kollektiv Təhlükəsizlik Şurasının o vaxtkı sədri, Tacikistan prezidenti Emoməli Rəhmona müraciət etmişdi). Sonra Rəhmonun KTMT-nin cavabını necə koordinasiya etdiyini izləmək də gülməli idi. İndi, təsadüfən, Moskva üçün çox yaxşı oldu, yenə onun səsi nəzərə alınmır … “, deyə Dubnov qeyd edib.

2018-ci ildə xalq etirazları dalğası ilə hakimiyyətə gələn Paşinyana bu vəziyyətdə  yazığı gəlib-gəlmədiyini soruşduqda rusiyalı politoloq bildirib ki, onun Paşinyanla heç bir şəxsi münasibəti yoxdur və bundan başqa, “KTMT-yə müraciət etməklə bağlı Ermənistanda əvvəllər yaranan vəziyyət Qazaxıstanın indiki vəziyyətindən köklü şəkildə fərqlənir”.  Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*