Armen Qriqoryan baş nazirin administrasiyasındakı vəzifədən imtina etdibackend

Armen Qriqoryan baş nazirin administrasiyasındakı vəzifədən imtina etdi

Ermənistanın sabiq Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan baş nazirin administrasiyasında ona təklif olunan vəzifəni qəbul etməyib.

KONKRET.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan hökumətdə keçirdiyi brifinq zamanı bildirib ki, Qriqoryana baş nazirin aparatında işləməyi təklif edib, lakin o, dövlət qulluğunda karyerasına fasilə verməyə üstünlük verib.

“Armen Qriqoryana baş nazirin aparatında iş təklif etdim, amma görünür, o, (dövlət karyerasında) fasilə götürməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram”, – Paşinyan deyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*