“Arsax Azərbaycanın tərkibində olmayacaq”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin bu gün keçirilən brifinqdə çərənləyib. Daha sonra o, hökumət rəhbərlərinin heç birinin müharibədən sonra Qarabağa gəlməməsindən danışıb.
“44 günlük müharibədən sonra Ermənistanın ali rəhbərliyi – prezident, baş nazir və parlamentin sədri heç vaxt Dağlıq Qarabağda olmayıb”, -deyə o irad bildirib.
Bunu Azərbaycanın təzyiqi ilə izah etməyə çalışırlar.
Qriqoryan doğru deyir, “Arsax” Azərbaycanın tərkibində olmayacaq, çünki belə adda yer mövcud deyil. Amma Qarabağ həmişə Azərbaycanın olub, bu gün də Azərbaycanındır, həmişə də Azərbaycanın olacaq.
Xuraman Etibarlı
KONKRET.az
