Armen Sarkisyanın oğlu Rusiyada McDonalds aldığını İDDİA ETDİbackend

Armen Sarkisyanın oğlu Rusiyada McDonalds aldığını İDDİA ETDİ

Ermənistanın dördüncü prezidentinin oğlu Rusiyada McDonalds almaqda iddialıdır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 12-də Rusiyada ən məşhur fastfud restoranı yeni “Dadlı və Toçka” adı ilə açılıb.

Bildirilib ki, şəbəkə Sibirdəki 25 McDonalds restoranının franşizini idarə edən “Yuzkuzbassugol” şirkətinin keçmiş sahibi Aleksandr Qovora məxsusdur.

Həmçinin qeyd edilib ki, franşizin alınması üçün altı iddiaçı arasında Ermənistan Respublikasının eks-prezidenti Armen Sarkisyanın oğlu da var.

“Armen Sarkisyanın iki oğlu var:  Vardan və Hayk. Onlardan hansının müraciət edənlər arasında olduğu məlum deyil”, – deyə yerli mediada bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*